İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiya müdafiə nazirini izlədiyini təsdiqlədi

973 30.03.2016 03:25 Dünya A A
NATO qırıcılarının Rusiya müdafiə naziri Serqey Şoyqunun təyyarəsini müşaiyət etdiyini təsdiq edib. ANS PRESS-in verdiyi məlumata görə, hadisə Şoyqunun təyyarəsi  Baltik dənizi üzərindən Kalininqrada uçarkən baş verib.

"Martın 28-də NATO radarları Baltika dənizinin beynəlxalq sularının üstündə üç təyyarə aşkar edib: iki Su-27 Rusiya qırıcısı və Tu -154 nəqliyyat təyyarəsi. Su-27 qırıcıları uçuşun planı barədə məlumat vermədilər, dispetçerlərlə əlaqəyə qoşulmurdular və transponderdən istifadə etmədilər. Tu -154 nəqliyyat təyyarəsi uçuşun planını verdi və transponderdən istifadə etdi”, - deyə NATO nümayəndəsi bildirib.

Daha əvvəl məlum olub ki, NATO-nun Eurofighter qırıcıları döyüş kompleksi olan Su-27 Rusiya qırıcılarını Kalininqrada doğru Baltikin neytral sularının üstündə müşaiyət ediblər.

Rusiaya mətbuatı NATO qırıcılarının Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə qorxulu anlar yaşatdığını qeyd edib. Müdafiə naziri Kalininqrada işgüzar səfərə gedib. Səfər zamanı Sergey Şoyqunu Su-27 qırıcıları müşaiyət edib. Onun qırıcılarından 2 km uzaqlıqda isə NATO təyyarələri uçub.

Məlumata görə,  NATO-un döyüş təyyarələri nazirin qırıcılarına yaxınlaşmayıb. Şoyqunun təyyarəsi planlaşdırılmış formada eniş edə bilib. Rusiyanın Müdafiə Nazirliyindən Şoyqunun Kalininqradda yerləşən hərbi hissələrdə döyüş hazırlığı ilə bağlı görülən işləri nəzərdən keçirəcəyi bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR