İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO qırıcısı Rusiya müdafiə nazirinin göyərtəsində olduğu təyyarəyə yaxınlaşmaq istəyib

1062 21.06.2017 15:09 Siyasət A A

NATO-nun “F-16” qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun göyərtəsində olduğu təyyarəyə yaxınlaşıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Baltik dənizinin neytral sularının hava sahəsində baş verib.

NATO qırıcısı Kalininqrada uçan naziri müşayiət etmək istəyib, ancaq Rusiyanın “Su-27” təyyarəsi onu ərazidən çıxarıb.

S.Şoyqu Kalininqradda Rusiya Müdafiə Nazirliyinin əməkdaşları ilə qərbin strateji təhlükəsizlik məsələlərinə həsr edilən səyyar iclas keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR