NATO-nun YENİ BAŞ KATİBİ SEÇİLDİ
Daha sonra onlar Reyn çayı üzərindəki körpü ilə piyada Strasburq şəhərinə hərəkət ediblər. Təşkilatçıların fikrincə, bu, simvolik məna kəsb edir və Avropanın birləşməsinin rəmzi olaraq əksini tapır. Alyansın 60-cı yubiley sammiti ilə bağlı Strasburqda etirazlar isə liderlərin gəlişindən əvvəl başlamışdı. 25 minədək polis şəhərdə asayişi təmin etmək üçün səfərbər olunub, yüzlərlə etirazçı həbs edilib. Şəhərdə polislə güclü toqquşmaların olduğu bildirilir. Sammitin gündəliyində dayanan əsas məsələ Əfqanıstanda aparılan əməliyyatlar idi. Son illər ərzində ilk dəfə idi ki, alyansın Şərqə doğru genişlənməsi sammitin gündəliyində yer almırdı.
Sammitdən əvvəl ABŞ prezidenti Barak Obama NATO resurslarından Əfqanıstanda daha effektiv istifadə edilməsinin vacibliyini bildirib. Vaşinqton Avropadakı müttəfiqlərindən Əfqanıstana daha çox əsgər göndərilməsini istəyir. Obama qeyd edib ki, “əl-Qaidə” ABŞ-dan daha çox Avropa üçün təhlükədir, ona görə Avropa ölkələri Əfqanıstanda “Taliban” və “əl-Qaidə” ilə mübarizəyə daha çox qüvvə ayırmalıdır. Obama etiraf edib ki, ABŞ-la NATO arasında fikir ayrılıqları var və bunun səbəbi Avropa ölkələrinin Əfqanıstana əlavə qüvvələr göndərmək istəməməsidir. Gözlənilirdi ki, bu sammitdə NATO-nun baş katibi postuna Rasmussenin rəsmən namizəd göstərilməsi məsələsi razılaşdırılacaq. İndiki baş katib Yaap de Hop Sxefferin səlahiyyətləri iyul ayında başa çatır. Ancaq əvvəldən bəlli idi ki, Türkiyə, xüsusən baş nazir Ərdoğan Rasmusenin namizədliyinə qarşıdır.
Sammit ərəfəsində Londonda NATO liderləri Ərdoğanı Rasmussenin namizədliyinə razı salmağa çalışıblar. Onun namizədliyini irəli sürənlərdən biri, Almaniya kansleri Angela Merkellə Ərdoğan arasında mübahisə də yaranıb. Merkel deyib ki, Avropa İttifaqına üzv olmaq istəyən Türkiyə bu ittifaqın üzvlərindən olan Danimarkanın nümayəndəsinə veto qoya bilməz. Ərdoğan isə Rasmussenin 4 il əvvəl Məhəmməd peyğəmbərin (s.ə.s.) karikaturalarının Danimarka qəzetlərində dərci ilə bağlı yaranmış böhranda Rasmussenin özünü yaxşı aparmadığını, ona görə də onun NATO ilə müsəlman dünyası arasında barışığa xidmət edəcək şəxs olmadığını deyib. Ərdoğan onu da bildirib ki, Rasmussen baş nazir olarkən ölkəsində PKK-nın yayım orqanı olan “Roj TV”-ni qadağan etməkdən imtina edib, həmçinin PKK-çıların sərbəst fəaliyyətinə göz yumub.
NATO liderləri Reyn çayı sahillərində də Ərdoğanı yola gətirməyə çalışıblar. Sammit iştirakçılarının xatirə şəkli çəkdirmək üçün çayın sahillərinə toplaşdığı bir vaxtda İtaliyanın baş naziri Silvio Berluskoni Ərdoğanla telefon danışıqları aparıb. Türkiyə baş naziri ilə dost olan Berluskonu dəqiqələrlə davam edən söhbət zamanı çayın sahilində o tərəf bu tərəfə var-gəl edərək onu razı salmağa çalışıb. Ancaq bu mümkün olmayıb. Ərdoğanla danışmağa başı qarışan Beruskoni xoşagəlməz situasiyaya düşüb və NATO liderlərinin kollektiv xatirə şəklində də yer almayıb. Almaniya kansleri Merkelin Berluskoniyə bir neçə dəfə liderlər arasına qatılmağa işarə etdiyi də telekameraların diqqətindən yayınmayıb.
Sammitə Ankaradan yola düşən prezident Abdullah Gül isə jurnalistlərə açıqlamasında deyib ki, Rasmussenin namizədliyinə qarşı deyil. Dünən isə Strasburqda ABŞ prezidenti Barak Obama məsələyə müdaxilə edib və Abdullah Güllə görüşüb. Bu görüşə Rasmussen də dəvət edilib. Daha sonra Gül Ərdoğanla telefon söhbəti aparıb. “Röyter” agentliyi isə xəbər verib ki, bütün cəhdlərə baxmayaraq Rasmussenin namizədliyi məsələsində Ərdoğanı yola gətirmək mümkün olmayıb. Bu, sammitin və Rasmussenin namizədliyini irəli sürən Angela Merkelin uğursuzluğu kimi şərh edilir. Avropa İttifqanın genişlənmə məsələləri üzrə komissarı Oli Rehn isə xəbərdarlıq edib ki, Türkiyə bununla ittifaqa üzv olmaq səylərinə zərbə vura bilər.
Sammit zamanı Fransa təntənəli şəkildə NATO-nun hərbi strukturlarına qayıdıb. Prezident Nikolya Sarkozi deyib ki, onun ölkəsi NATO ailəsinin tamhüquqlu üzvü və ailənin bir hissəsidir. Onun sözlərinə görə, Fransanın 43 il əvvəl tərk etdiyi NATO hərbi komandanlığına qayıtması alyansın fəaliyyətinə yeni imkanlar açır. Sammitdə həmçinin Albaniya və Xorvatiyanın NATO-ya üzv olması rəsmiləşib. Barak Obama bu ölkələrin prezidentlərinə NATO-ya üzv olmaq haqda müqavilənin surətlərini təqdim edib. Bununla da NATO üzvlərinin sayı 28-ə çatıb. Albaniya və Xorvatiya ötən il NATO-ya üzv qəbul ediliblər. Bu qərar hər iki ölkədə və alyans üzvlərində parlamentlər tərəfindən təsdiqləndikdən sonra rəsmən qüvvəyə minib.
Sammitin davam etdiyi saatlarda qloballaşma əleyhdarları da NATO liderlərinin onsuz da yaxşı olmayan kefinə soğan doğramağa çalışırdılar. Fransa polisi minlərlə nümayişçinin şəhərin mərkəzinə doğru hərəkətinin qarşısını almaq üçün onlarla toqquşmaya girib, bu zaman yaralananlar və həbs edilənlər olub.
Dünən günün sonunda NATO-nun yeni baş katibinin adı məlum oulb. Yaap de Hoop Sxeffer keçirdiyi mətbuat konfransında NATO-ya bundan sonra Danimarkanın baş naziri Anders Rasmussen başçılıq edəcəyini deyib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Türkiyənin bu məsələdə geri çəkilməsinə səbəbini isə “Milliyet” qəzeti bəzi razılaşmalarla izah edib. Qəzetin iddiasına görə, Türkiyə danimarkalı baş nazirin NATO-ya rəhbərlik etməsinə bu şərtlər daxilində razı olub: NATO-nun baş katibinin yardımçısı, o cümlədən alyansın Əfqanıstandakı özəl təmsilçisinin türk olmalı; aprelin 6-7-də İstanbulda keçiriləcək Mədəniyyətlər İttifaqı Toplantısında Danimarkada peyğəmbərin təhqirinə görə Rasmussen üzr istəməli; PKK-nın terror təşkilatı olduğunu və təşkilatla mübarizədə önəmli açıqlamalar verməli.
Strasburqda NATO-nun sammitində iştirak edən Türkiyənin baş naziri Ərdoğan və prezident Gül bu xəbərlərə münasibət bildirməyiblər. Yalnız Ərdoğan ona işarə edib ki, Türkiyənin mövqeyinin dəyişməsi Obama ilə söhbətlər səbəb olub.