İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun Ukrayna üzrə xüsusi missiyası bu tarixdə fəaliyyətə başlayacaq

516 18.07.2024 21:55 Dünya A A

NATO-nun Ukraynaya hərbi yardımın əlaqələndirilməsi üzrə xüsusi missiyası bu ilin sentyabrında işə başlayacaq.

Publika.az xəbər verir ki, bu açıqlamanı alyansın baş katibi Yens Stoltenberq verib.

“Bildirmək istəyirəm ki, Kiyevə hərbi yardımın əlaqələndirilməsi üzrə komandanlıq Almaniyada işləyən 700 əməkdaşı ilə sentyabrda işə hazır olacaq”, - deyə baş katib bildirib.

Xatırladaq ki, iyulun 11-də NATO-nun Ukraynanın maraqlarına uyğun olaraq təhlükəsizlik və hərbi təlimləri təşviq etmək üçün missiya yaradacağı məlum olub. Alyans nümayəndələrinin sözlərinə görə, bu missiyanın əsas məqsədi Ukraynanın təhlükəsizliyini uzunmüddətli əsasda təmin etmək olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR