NATO-nun hərbi komitəsi Gürcüstan və Ukrayna ilə əməkdaşlığa hazırlaşır
Mayın 20-21-də, Brüsseldə NATO-nin hərbi komitəsinin iclası keçiriləcək. Musavat.com-un gürcü qaynaqlarına istinadən verdiyi məlumata görə, iclasda Ukrayna və Gürcüstanla hərbi əməkdaşlıq məsələləri də müzakirə ediləcək. Bu barədə alyansın mətbuat xidməti xəbər yayıb.
“Hərbi komitənin sədri, general Knud Bartels iki günlük iclasa rəhbərlik edəcək. NATO baş qərargahlarının rəisləri hazırlıqların artırılması üzrə hərəkət planını, tərəfdaşlarla qarşılıqlı əlaqələr təşəbbüsünü, Kosovo üçün qüvvələri, habelə Gürcüstan və Ukrayna ilə hərbi əməkdaşlığı və strateji hərbi məsələləri müzakirə edəcəklər” – xəbərdə deyilir.
Gündəmin əsas mövzusu isə Ukrayna və Gürcüstandakı vəziyyət olacaq.
Maraqlıdır ki, eyni günlərdə Riqada Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək.
Musavat.com






