İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun hərbi dəniz qrupu dörd gəmi ilə Litvaya daxil olub

347 22.01.2024 22:29 Dünya A A

NATO Hərbi Dəniz Qüvvələrinin daimi hazırlıq qrupunun dörd gəmisi Litvanın Klaypeda dövlət dəniz limanına daxil olub.

Bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.

“Şimali Atlantika Alyansının mühüm döyüş bölməsinin tərkib hissəsi olan üzv ölkələrin gəmilərinin səfəri Litvanın NATO ilə əlaqələrinin gücünü və alyansdakı mühüm yerimizin olduğunu vurğulayır”, - məlumatda deyilir.

Bildirilir ki, hərbi dəniz qrupuna İspaniya, İtaliya və Almaniya gəmiləri daxildir. Daimi hazırlıq donanması qrupu müntəzəm komanda tapşırıqlarını yerinə yetirir və böhran vəziyyətlərində əraziyə cəlb oluna bilər.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR