İnsanlara hürriyət, millətlərə istiqlal!

“NATO-nun əsas hədəfi Türkiyəni ələ keçirməkdir” – türk siyasətçi S-400-lərlə bağlı ciddi faktları açıqladı

2475 26.07.2019 14:11 Siyasət A A

Siyasətçi Lütfi Özşahinin bildirdiyinə görə, Türkiyənin Rusiyadan S-400 almaqdakı əsas məqsədi NATO-nun Türkiyəyə qarşı gözlənilən təzyiqinin qarşını almaqdır.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən məlumat verir. 

“Habertürk”–də Didəm Arslan Yılmazın təqdim etdiyi “Türkiyənin nəbzi” verilişinə qonaq olan siyasətçi L. Özşahin NATO-nun Türkiyə üçün bir təhdid olması fikrinin üstündə dayanaraq bunları deyib:

“S-400-ləri kimə qarşı almışıq? Rusiyanın Türkiyəni işğal etmək niyyəti olsa, niyə bizə S-400 versin? Türkiyəni havadan işğal edə biləcək tək güc Amerikadır. Düşünürəm ki, NATO-nun Türkiyəni işğal etmək planı var. Bunu da hava vasitəsilə edəcəklər. Hətta bu planı sınaq kimi həyata da keçiriblər. NATO-nun bir məqsədi var, o da Türkiyəni daim nəzarətdə saxlamaq və yeri gəldiyində hərbi çevriliş etmək”.

Türkiyədə baş verən çevrilişlərin arxasında NATO dayanır

Özşahin Türkiyədəki çevrilişlərin arxasında NATO-nun olmasını xüsusilə vurğulayaraq NATO-nun birbaşa razılığı olmasa heç bir ölkədə hərbi çevriliş olmaz. Türkiyədə də baş verən hərbi çevrilişlərdə onların rolu var. Hətta FETÖ-də bunların bir oyunudur – deyə qeyd edib.

NATO-nun Türkiyəni işğal hərəkatı

ABŞ 2002-ci ildə Nevada ştatında "Millenium Challange" adlı 13 min 500 əsgərin iştirakı ilə bir sınaq hərəkat gerçəkləşdirib. NATO-ya üzv ölkələrin dəvət edildiyi hərəkata Türkiyə dəvət almamışdı.

Millennium Challenge ile ilgili görsel sonucu

2002, "Millennium challenge" 

Bu hərəkatın məğzi barədə keçmiş hərbçi Mustafa Önsəl bir yazı yazıb.

Yazıda qeyd olnur ki, hərəkatda hədəf ölkə iki qitədə söz sahibi olan ölkədir. Eyni zamanda Aralıq dənizində problem yaşadığı bir ada ölkəsi də var. Hərəkatın ssenarisi sözügüdən ölkədə güclü bir zəlzələ ilə başlayır. Zəlzələ ilə yanaşı beynəlxalq bir məhkəmə ölkənin sərhədləri ilə bağlı və çıxarlarına zidd olan qərar qəbul edir. Bu arada problem yaşadığı ada dövləti ilə bağlı digər qərb ölkələri bir çarə təklif edir.

Millennium Challenge ile ilgili görsel sonucu

2002, "Millennium challenge" 

Çətin vəziyyətdə qalan ölkə rəhbərliyi təklifi qəbul etmək məcburiyyətində qalır. Bundan sonra əsgərlər ölkədə hakimiyyəti ələ keçirir. Sonra isə ada dövlətini mühasirəyə alırlar və ABŞ 96 saat içində sözügedən ölkəni işğal edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR