NATO-nun baş katibi Dağlıq Qarabağ məsələsində Rusiyanı ittiham etdi
Vaşinqtonda səfərdə olan NATO-nun baq katibi Anders Foq Rasmussen Rusiyaya qarşı sərt ifadələr işlədib. Musavat.com-un “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, o, Rusiyanı bölgədə sabitliyi pozmaqda ittiham edib: “Regiona nəzər salsanız, Dnestryanıda, Cənubi Osetiyada, Abxaziyada, Dağlıq Qarabağda dondurulmuş münaqişələr görərsiniz”.
“Mən hadisələrin inkişafına baxanda bu sualı verməyə məcbur oluram: Rusiya bizim müttəfiqimizdir, ya rəqibimiz?”, - Anders Foq Rasmussen əlavə edib.
NATO-nun baş katibi bəyan edib ki, alyans Rusiya ilə praktiki əməkdaşlığı dayandırsa da, əlaqə kanallarını açıq saxlayıb: “Böhran zamanı dialoq vacibdir”.






