İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Kiyevin Ukrayna Şurasının fövqəladə iclasının keçirilməsi tələbini DƏSTƏKLƏDİ

430 03.01.2024 22:10 Dünya A A

Şimali Atlantika Alyansı Ukraynanın Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib. "NATO ölkələri Ukraynanın Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəklədi", - Xarici İşlər Nazirliyinin mətbuat xidməti Kulebanın Telegram kanalında bildirib. Nazirin sözlərinə görə, əsas mövzulardan biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq. Kuleba görüşün nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib.

Dekabrda Şimali Atlantika Alyansının mətbuat xidməti xəbər vermişdi ki, NATO-nun hərbi komitəsi yanvarın 17-18-də Brüsseldə, o cümlədən ilk dəfə Ukrayna-NATO Şurası formatında iclas keçirəcək. Komitənin iclasında “Alyans üçün strateji əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq”. Baş qərargah rəislərinin NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitində qəbul edilmiş qərarların icrası prosesini nəzərdən keçirəcəkləri, həmçinin Vaşinqtonda keçiriləcək növbəti sammitə hazırlıq məsələlərini müzakirə edəcəkləri gözlənilir. NATO Baş Qərargah rəisləri ildə iki dəfə iki gün toplanır.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR