İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-da Azərbaycanın 2013-cü il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının Qiymətləndirmə sənədi müzakirə olunub

343 26.06.2013 16:06 Son xəbər A A

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, “28+1” formatında keçirilmiş müzakirələrdə Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizik Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi  və Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.
 
Müzakirələr zamanı NATO-ya üzv ölkələr Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO cari gündəliyində duran çoxşaxəli məsələlər, o cümlədən meydana gələn təhlükəsizlik çağırışları, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatı və s. üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndiriblər.
 
Görüşdə digər məsələlərlə yanaşı, regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.
 
Azərbaycanla NATO arasında bu kimi məsləhətləşmələr ildə bir dəfə keçirilir.
 
Qeyd edək ki, Azərbaycan hazırda 2012-2013-cü illəri əhatə edən İPAP-ın üçüncü mərhələsini həyata keçirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR