İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Baş katibi: Müharibənin Ukraynadan kənara çıxmaması Alyans üçün daha önəmlidir

565 18.03.2022 12:33 Dünya A A

NATO Baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenskinin və onun xalqının məyusluğunu başa düşdüklərini, lakin müharibənin ölkə hüdudlarından kənara çıxmamasının Alyans üçün daha önəmli olduğunu söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, ARD kanalına verdiyi müsahibədə danışıb.

Bununla bərabər Y.Toltenberq rəsmi Kiyevə dəstək verəcəklərini vurğulayıb.

“Biz hərbi və maliyyə dəstəyini gücləndirmişik. Almaniya da bu işdə əsas rol oynayır. Rusiya isə dünyada görünməmiş sanksiyalarla ağır bədəl ödəməlidir”,-deyə o qeyd edib.

Şimali Atlantika Alyansının baş katibi NATO müttəfiqlərinin Ukrayna əsgərlərinə Krımın işğalından bu yana təlim keçdiklərini xatırladıb və bütün bunların Rusiya ilə savaşda çox kömək etdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR