İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO baş katibi Gürcüstandadır

487 26.08.2015 23:58 Region A A

NATO-nun baş katibi Yens Stoltenberq bu gün axşam saatlarında Gürcüstana gəlib. Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, Tiflis Beynəlxalq Aeroportunda onu Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili qarşılayıb.

Alyans rəhbərinin rəsmi görüşləri sabah - avqustun 27-dəbaşlayacaq. Şimali Atlantika blokunun başçısı iki günlük səfər proqramı çərçivəsində ölkənin prezidenti, baş naziri, parlamentin spikeri, xarici işlər və müdafiə nazirləri ilə bir araya gələcək. Həmçinin, NATO-nun çevik qüvvələri üçün hazırlanan rotanın zabit və əsgər heyəti ilə görüşəcək.

Stoltenberq həmçinin, Gürcüstanda olduğu müddətdə burada NATO-nun təlim mərkəzinin açılış mərasiminə qatılacaq. Gürcüstanın alyansa üzvlüyü məsələsinin isə danışıqlarda xüsusi diqqət mərkəzində olacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR