İnsanlara hürriyət, millətlərə istiqlal!

Natiq Cəfərli Azərbaycanla Türkmənistan arasında imzalanan müqavilədən danışdı

1630 21.01.2021 21:30 İqtisadiyyat A A

"İqtisadi səmərəsi ilə yanaşı, onun siyasi və tarixi əhəmiyyəti də var"

"Azərbaycanla Türkmənistan arasında bu gün imzalanan müqavilə, bizim "Kəpəz", türkmənlərin isə "Sərdar" adlandığı neft-qaz yatağının "Dostluq" adı ilə istismara açılması çox böyük hadisədir".

Musavat.com xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert, ReAl Partiyasının icra katibi Natiq Cəfərli deyib. Onun fikrincə, iqtisadi səmərəsi ilə yanaşı, onun siyasi və tarixi əhəmiyyəti də var: "Bu müqavilə yeni yaranmaqda olan de-fakto ittifaqların növbəti de-jure təzahürü, Bakı-Ankara-London əməkdaşlığının regionda daha bir uğurudur.

Avropa Birliyinin də böyük rolu oldu, son illərdə AB-nin Enerji Komissarı Aşğabada dəfələrlə səfər etmişdi. AB üçün türkmən qazının Azərbaycan üzərindən Avropa çatdırılması həmişə prioritet olub. Buna mane isə həmişə Şimaldan gəlirdi, indi Rusiyanı "Şimal-Axını-2" layihəsində ciddi "sıxaraq" Xəzərdə maneçilik etməməyə məcbur edirlər - çox maraqlı və çoxpilləli "oyun" qurulub".

N.Cəfərli deyib ki Türkmənistan qazının TANAP-TAP yolu indi daha aydın görünür - bu gün imzalanan müqavilənon təməli 1 il əvvəl, 2020-ci ilin yanvarında qoyulmuşdu və qısa zaman kəsimində həyata keçməsi çox yaxşı oldu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR