"NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması halından xəbərimiz var".
Musavat.com xəbər verir ki, , bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
L. Abdullayeva deyib ki, biz belə hallarda təmasa keçirik və etirazımızı bildiririk, təhrif olunmuş hallar aradan qaldırılır. Bu halla bağlı ABŞ-dakı səfirliyimiz tərəfindən aidiyyəti etiraz məktubunun göndərilməsi nəzərdə tutulub”.
Əli Rais,
Musavat.com






