İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik istifadəsinə görə Bakıda törədilən qətl- Keçmiş məhkumların əməlləri

626 08.04.2021 21:42 Kriminal A A

Bakıda qətl hadisəsi törədən dəstənin işi üzrə məhkəmə araşdırması başlayıb. Hadisəyə səbəb narkotikdən istifadə olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramil İsrafilov, Tural Şirinov və Rauf Hənifəyevin barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Yasamal rayonu ərazisində 36 yaşlı Cəlal Hüseynov bıçaqlanaraq qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş- 1979-cu il təvəllüdl Rauf Hənifəyev və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Ramil İsrafilov saxlanılıblar.

İstintaq araşdırması zamanı məlum olub ki, hadisə həmin gün, saat 21.00-da Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsində baş verib. Belə ki, bu qətl hadisəsindən iki gün əvvəl Cəlal Hüseynovla narkotik asılılığı olan Tural adlı şəxs arasında münaqişə yaranıb. İyunun 17-də Tural Cəlal Hüseynovla münasibətləri yenidən qaydasına salmaq qərarına gəlib və M.Əliyev küçəsində onunla görüş təyin edib.

Tural adlı şəxs ora tək gəlməyib. O, tanışları Rauf Hənifəyev və Ramil İsrafilov ilə birlikdə həmin ünvana gəlib. Bu vaxt tərəflər arasında dava başlayıb, Rauf Hənifəyev Cəlal Hüseynova qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.

Qeyd edək ki, Rauf Hənifəyev əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunub. Bundan əlavə, o, oğurluq və soyğunçuluğa görə də həbsdə olub. Ramil İsrafilov isə əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.

Elan olunmuş ittihamla təqsirləndirilən şəxslərdən Rauf Hənifəyev özünü təqsirli bilib. Digər şəxslər isə özünü təqsirli bilməyib.

Məlum olub ki, tərəflər arasında dava narkotik vasitə üstündə başlayıb.

 

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR