İnsanlara hürriyət, millətlərə istiqlal!

"Narkotik almaq üçün oğurluq eləmişik" - Silsilə oğurluqlar edən şəxs (VİDEO)

1011 12.11.2015 17:42 Son xəbər A A
Saxlanılan şəxslərin 14 oğurluq hadisəsi törətmələri üzə çıxıb.
 
Binəqədidə rayon polis idarəsinin əməkdaşları rayon ərazisində silsilə oğurluqlar törətmiş paytaxt sakinlərini ifşa ediblər.
 
Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Xatirə Əsgərovanın idarə etdiyi avtomobilin yük yerindən 500 manat dəyərində çay oğurlanması barədə Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsinə məlumat daxil olub.
 
 Keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Hüseynov və Rəşad Hüseynov saxlanılıb. Saxlanılan şəxslərin rayon ərazisində müxtəlif vaxtlarda 14 oğurluq hadisəsi törətmələri üzə çıxıb. Bir- biri ili restoranda tanış olan dostlar narkotikə olan tələbatlarını ödəmək üçün oğurluq etmək qərarına gəliblər.
 
Əli Hüseynov - saxlanılan şəxs: "Elə olurdu pul oğurlayırdıq, elə də olurdu əşya. Oğurladıqlarımızı tanımadığımız adamlara satırdıq. 6-cı və 9-cu mikrorayon ərazisində oğruluq etmişik. Narkotik alıb, tələbatımızı ödəmək üçün oğurluq eləmişik".
 
Rəşad Hüseynov da Binəqədi rayonu ərazisində çoxsaylı oğurluqlar  törətmələrini etiraf edib. Ancaq kamera qarşısında danışmaqdan çəkindiyini bildirib.
 
 Faktla bağlı CM-in oğurluq maddəsi ilə cinayət işi başlayıb (Region TV).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR