İnsanlara hürriyət, millətlərə istiqlal!

Narendra Modi ardıcıl ikinci dəfə Hindistanın baş naziri ola bilər

406 25.05.2019 21:31 Son xəbər A A

“Bharatiya canata parti” partiyasının lideri Narendra Modi “Milli demokratik alyansın” rəhbəri seçilib.

AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, bu ona ardıcıl olaraq ikinci dəfə Hindistanın baş naziri postunu tutmağa imkan yaradır. Belə ki, ölkə prezidenti Ram Nath Kovindin hökuməti formalaşdırmağı Modiyə təklif edəcəyi gözlənilir.

Xatırladaq ki, Hindistanda bir aydan çoxdur davam edən parlament seçkiləri prosesi başa çatıb. Bütün 29 ştatda və 7 müttəfiq ərazidə keçirilən səsvermə yeddi etapdan ibarət olub. Ötən bazar günü - mayın 19-da seçkilərin final mərhələsi baş tutub.

Seçkilərin nəticələrinə əsasən, hakim “Bharatiya canata parti” 543 deputatin təmsil olunduğu parlamentin aşağı palatasında 303 yerə sahib olub. Aparıcı müxalif “Hindistan milli konqresi” partiyası isə cəmi 52 yer qazana bilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR