NARDARANLILAR HƏBS OLUNAN HACILARIN TALEYİNDƏN XƏBƏRSİZDİRLƏR
“Həbsdə olan hacılara vəkil tutulmadığından istintaqın gedişi barədə məlumatsızıq. Ancaq o məlumdur ki, keçirilən əməliyyat zamanı guya Hacı Dilavər və Hacı Elçinin üzərindən narkotik maddə aşkarlanıb. Ailələri də istintaqın gedişindən xəbərsizdi”. Hazırda kənddə sakitciliyin hökm sürdüyünü söyləyən Məşədi Natiq axtarışda olanların həbs edilmədiyini bildirdi: “Məlumdur ki, son günlər kənddə xeyli adam izlənilir. Hüquq-mühafizə orqanları onların həbs ediləcəyini bildirirdilər. Amma şükürlər olsun ki, hələlik bu məsələ təxirə salınıb. Hazırda kənddə sakitçilikdi. Amma elektrik enerjisi qəsəbəyə hələ də fasilələrlə verilir. Bu bizi narahat edir. Qaz məsələsi yavaş -yavaş düzəlməkdədir. Nigarançılığımız yalnız hacıların həbsi ilə bağlıdır”.






