İnsanlara hürriyət, millətlərə istiqlal!

Nardaranda beynəlxalq Qüds Günü aksiyası - İsrail və Ermənistan bayraqları ayaqlar altda, VİDEO

3854 10.07.2015 18:28 Son xəbər A A

Nardaranda Qüds Gününə həsr olunan aksiya keçirilib. Bu barədə aksiyanı müşahidə edən musavat.com müxbiri xəbər verib. 

Aksiya saat 18:00-da İmam Hüseyn meydanında başlayıb. Təşkilatçıların verdikləri bilgiyə görə, aksiyanın keçirilməsində məqsəd beynəlxalq Qüds günündə Fələstin xalqına dəstək olmaqdır. 

Qeyd edək ki, bu gün Azərbaycan İslam Partiyasının 50-yə yaxın üzvü İsrail səfriliyi qarşısında aksiya keçirib. İsrail əleyhinə şüarlar səsləndirən aksiya iştirakçılarına polis müdaxilə edib. Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrinin müavinləri Akif Heydərli və Vüqar İbayev saxlanılıb. 

Müxbirimiz xəbər verir ki, aksiya başlamazdan öncə ABŞ, İsrail, Ermənistan bayraqları ayaqlar altına sərilib. 
 
****

Musavat.com müxbiri yazır ki, Nardaranda keçirilən aksiyada  İsrail, ABŞ, İŞİD əleyhinə şüarlar səsləndirilib... Aksiyada "Məhv olsun İsrail", "Mən fələstinliyəm", "İsrailə ölüm olsun", "Qarabağ islam torpağıdır", "Qüdsə azadlıq" kimi şüarlar səsləndirilib.  Aksiyada çıxış edən kənd ağsaqqalları, İsrail rejiminə qarşı Fələstin xalqına dəstək olduqlarını bəyan ediblər. "Qarabağa azadlıq" şüarı da səsləndirilən aksiyada ABŞ və İsrailə lənət şüarları da səsləndirilib. Aksiyada Hacı Hacıağa Nuri, Hacı Atamalı – kəndin axundu, Hacı Noxbala  - kəndin axundu, Nardaran Ağsaqqal Şurasının sədri Kərbəlayi Natiq Kərimov çıxış ediblər. Aksiyanın keçirildiyi meydanda heç bir polis əməkdaşı olmayıb.

Kərbəlayi Natiq Kərimov çıxışı zamanı deyib: "Biz hökumətə müraciət edirik ki, həbsdə olan dindarlar və siyasi məhbuslar azadlığa buraxılsın. Biz Azərbaycan bayrağı altında birləşmişik. Müsəlmanlara hörmət etmək lazımdır. Çünki bizlər bu dövləti sevirik, onu biz qoruyacağıq. Bu gün İsrail səfirliyi qarşısında aksiya keçirən İslam Partiyasının 72 üzvü saxlanılıb. Onların 4-ü xanımdır. Bir az olar azadlığa buraxılıblar ".

Aksiyanın sonunda ABŞ, İsrail, Böyük Britaniya, Ermənistan dövlətlərinin bayraqları yandırılıb.

Eksklüziv fotoları təqdim edirik. 





 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR