NARDARAN 19 GÜNDÜR İŞIQSIZDIR
Onun sözlərinə görə, işığın olmaması kənd əhalisini ətraf aləmdən təcrid edib: “Qəsəbədə yaşayanlar neçə vaxtdır televiziyaya baxa bilmirlər. Ölkədə nə baş verdiyindən xəbərsizik. İşığın olmaması üzündən aldığımız ərzaqlar xarab olur. Amma bununla belə camaat kabelləşməyə etiraz edir. Hökumət isə söhbətə gəlmir. Kabelləşmədən öncə camaata iş yeri yaratmaq lazımdır. Sahibkarlığa yardım fondu bizə kömək etməlidir. İşləyib işıq pulunu verək. Ümid Allaha qalıb”.
Məsələ ilə bağlı kənd bələdiyyəsinə və yerli icra nümayəndəliyinə şikayət edildiyini söyləyən Məşədi Natiq adı çəkilən qurumları da fəaliyyətsizlik də günahlandırdı: “Hər iki qurum kəndin problemi ilə maraqlanmır. Çünki onları yuxarıdan təyin ediblər. Amma bununla belə biz ruhdan düşmürük. Aşuranı layiqincə keçirmək üçün məscidlərə generatorlar qoyulub. Bu mərasimi əvvəlki illərdən də yaxşı keçirəcəyik. İşıqla bağlı aksiya keçirmək niyyətimiz yoxdur. Evlərimizdə oturub işığın yanmasını gözləyirik”.
Sonda məşədi Natiq bu gün Hacı Əlinin məhkəmə prosesinin keçiriləcəyini də diqqətə çatdırdı.