İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nant" erməni futbolçusunu "Qarabağ"la oyun üçün Bakıya gətirməyəcək

937 27.08.2022 14:19 İdman A A

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri "Nant"ın futbolçusu Qor Manvelyan Ağdam təmsilçisi ilə Bakıdakı oyunda iştirak etməyəcək.

Qol.az xəbər verir ki, bu barədə "armradio" məlumat yayıb. Fransa klubu 20 yaşlı yarımmüdafiəçini Azərbaycana gətirməyəcək.

Qeyd edək ki, Manvelyan komandanın əsas heyətinin üzvü deyil. O, bu mövsüm Fransa liqasının 3 matçında əvvəldən axıradək ehtiyatda qalıb.

Xatırladaq ki, "Qarabağ" "Nant"la ev matçını sentyabrın 15-i. səfər oyununu isə oktyabrın 27-si keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR