İnsanlara hürriyət, millətlərə istiqlal!

Naməlum həşəratlar Lahıca hücum etdi - Video

1545 06.10.2016 00:02 Hadisə A A
İsmayıllı rayonunun Lahıc qəsəbəsində mənşəyi bilinməyən həşəratların yayılması insanlar arasında təşvişə səbəb olub.
 
APA TV-nin yerli bürosunun məlumatına görə, bu il payız mövsümü başlayandan bəri Lahıc qəsəbəsində müxtəlif növ həşəratlar müşahidə olunur. Lakin son günlər həşəratların sayının həddən artıq çoxalması, eləcə də oktyabrın 5-də axşam saatlarında naməlum həşəratların kütləvi şəkildə qəsəbəyə yenidən hücumu sakinlərin narahatlığına səbəb olub.
 
Qəsəbə sakinlərinin sözlərinə görə, həşəratların insanlara hələ ki, ciddi bir ziyanı olmasa da, onlar meyvə-tərəvəzi və digər qida məhsullarını tələf edir. Həşəratların evlərdə və küçələrdə çoxluq təşkil etməsi insanlarda hansısa yoluxucu xəstəliklərin yayıla biləcəyi narahatlıq yaradıb. İsmayıllı rayon İcra Hakimiyyətinin Lahıc qəsəbəsi üzrə icra nümayəndəliyindən bildirilib ki, həşəratların qəsəbədə yayılması ilə bağlı İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilib.
 
Həşəratlardan nümunə götürülərək Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarət Xidmətinin laboratoriyasına göndərilib. Oktyabrın 5-də axşam saatlarından başlayaraq rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Lahıc qəsəbəsində dezinfeksiya işləri aparılır və bu tədbirlər davam etdiriləcək.
 
Mütəxəssislər bu naməlum həşəratların mövsümlə əlaqədar olaraq qəsəbəyə gəlməsinə görə insanlara narahat olmamağı məsləhət görürlər. Onların insanlara ziyan vurmayacağı və xəstəlik daşıyıcısı olmadığı bildirilir.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR