İnsanlara hürriyət, millətlərə istiqlal!

NALA-MIXA VURMAĞIN BƏDƏLİ

1161 20.11.2011 09:32 Yazarlar A A
Qeyd edək, məsələdə ABŞ da Avropa ilə eyni mövqedədir. Ağ Ev rəsmiləri (misal üçün, dövlət katibi Hillari Klinton) dəfələrlə Rusiyanı işğalçı adlandırıblar. Yəni söhbət bütövlükdə Qərbin hər iki konfliktə vahid yanaşmasından gedir. Bu, əlbəttə ki, Gürcüstan diplomatiyasının ciddi diplomatik uğuru sayıla bilər.
Lakin Avropa Parlamenti Azərbaycanın Qarabağ problemi ilə bağlı indiyədək analoji sənəd qəbul etməyib. Bunu müəyyən mənada xristian təəssübkeşliyi ilə, erməni lobbisinin fəallığı ilə əlaqələndirmək mümkün olsa da, aparıcı səbəb zənnimizcə, başqadır və bizim özümüzlə bağlıdır.
Əsas iki faktorla bağlıdır. O faktorlar da Bakının daxili-xarici siyasəti ilə bilavasitə əlaqəlidir. Biri və birincisi şübhəsiz, Azərbaycan iqtidarının indiyədək Qərbə, NATO-ya, ümumbəşəri dəyərlərə birmənalı kurs götürdüyünü, Avroatlantik məkana inteqrasiya yolu tutduğunu sübut edə bilməməsidir. Yanlış olaraq Rusiyaya və onun təhlükəsizlik çətirinə sığınmağa üstünlük verməsidir.
Gürcüstan hökuməti isə əksinə, həm bəyanatları ilə, həm də işdə Qərbin maraqlarını və dəyərlərini bölüşdüyünü, onun yanında olduğunu artıq sübuta yetirib. Necə deyərlər, Azərbaycan iqtidarı kimi nala-mıxa vurma siyasəti aparmayıb. Təsadüfi deyil ki, ötən ay Avropa Birliyinin “Yaxın Şərq tərəfdaşlığı proqramı” çərçivəsində Varşavada keçirilən sammitində Azərbaycan təşkilata ən az həvəs göstərən ölkə kimi qiymətləndirilib. Gürcüstan isə əksinə, nəinki bu Birliyə, artıq NATO-ya da potensial namizəd sayılır.
İkinci tərəfdən, əgər rəsmi Bakı Qarabağda milli maraqlarımıza təhlükə olan referendum ideyasının danışıqların gündəminə gətirilməsinə razılaşıbsa, ayrı sözlə, işğal faktının yerinin xeyli dərəcədə “öz müqəddəratını təyinetmə hüququnun” tutmasına şərait yaradıbsa, buna indi dünya birliyi neyləsin? Özümüz ərazi bütövlüyümüzü şübhə altına alırıqsa, Qərbdən prinsipiallıq gözləmək nə dərəcədə məntiqlidir?
Gürcüstan iqtidarı isə heç vaxt Abxaziya və Cənubi Osetiya problemlərinin həlli ilə bağlı referendum söhbətinə getməyib, indi də getmir. Rəsmi Tiflisin ən böyü güzəşti yanılmırıqsa, bu iki separatçı bölgəyə konfederasiya təklifi olub. Yəni məşhur mahnıda deyildiyi kimi, küsməyin yeri deyil. “Dünya bu ədalətsizliyə indiyədək dözür” deyib af-uf eləməkdənsə, bir fikirləşək: bəs özümüz nə vaxtadək dözəcəyik? Nə zaman hakimiyyət sözdən, imitasiyadan işə keçəcək?
Müharibə aparmağa qorxuruqsa, ən azından yuxarıda qeyd etdiyimiz istiqamətlərdə siyasətimizi, diplomatiyamızı gücləndirməli, demokratiya görüntüsündən imtina etməliyik. Saysız insan haqları problemləri ilə demokratik dünyaya daxili işimizə qarışmaq fürsəti verməməliyik. Fürsət vermişiksə, daha günahı ayrı yerdə axtarmamalıyıq.
Onu da unutmayaq ki, Avropa Birliyi Avropa Şurası deyil. Qat-qat ciddi, sözükeçərli qurumdur. Çünki AŞ-dən fərqli olaraq AB sırf demokratik, azad ölkələrin klubudur. Dünya ictimai rəyinə real təsir imkanlarına malik bir təşkilatdır. Belə bir təşkilatın müttəfiqinə çevrilmək əlbəttə ki, mövqeyimizi dünyada sanballı şəkildə gücləndirərdi. O cümlədən təbi ki, Qarabağ məsələsində.
Hələ gec deyil. Çünki hələ Azərbaycan kimi Ermənistan da AB-yə yaxın tərəfdaş sayılmır, işğalçı ölkə istəsə də uzun müddət sayılmayacaq da - Rusiya amili səbəbindən. Lakin ölkəmizin təşkilata yaxınlaşması ilə Ermənistanın Moskvadan qopması sürətlənə bilər ki, bu da milli maraqlarımızla səsləşir.
Müxtəsəri, nə(lər)dən başlamalı olduğumuzu sadaladıq. Ya Allah, Bismillah...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR