“Baş nazir Paşinyan ölkəni məqədyönlü şəkildə vətəndaş savaşına sürükləyir”.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “müxalifətəd olan “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan bəyan edib.
Naira Zöhrabyan dünən Gümrü şəhərində Paşinyan tərəfdarlarının keçirdiyi mitinqdə iştirakçılarn azsaylı olmasına diqqət çəkib. Onun fikrincə, ümumiyyətlə, iqtidarın hazırda bölgələrdə dəstək mitinqləri keçirməsi olduqca gülünc görünür.
Erməni müxalifətçi Gümrüdə mitinqə gələnlərin bir çoxunun hazırkı hakimiyyətdə təmsil olunanların qohumları, ailə üzvləri və ya dostlarından ibarət olduğunu söyləyib. Bundan başqa, o, Nikol Paşinyan tərəfdarlarının iqtidar tənqidçilərinə və digər düşüncə sahiblərinə qarşı aqressiv tövr nümayiş etdirdiklərini vurğulayıb.
Müxalif siyasətçi Gümrü mitinqində çıxış edənlərdən birinin “Dağqlı Qrabğda qalib gəldiklərini” söyləməsindən heyrətə düşdüyünü bildirib. Naira Zöhrabyan buna istehza ilə yanaşaraq Qarabağda həqiqətən Nikol Paşinyanın partnyorları Azərbaycan və Türkiyə ilə birlikdə qalib gələrk Ermənistanı diz üztə çökdürdüklərini bildirib.
Erməni deputat iqtidarın öz rejimini qoruyub saxlamaq üçün siyasi repressiyalar daxil olmaqla hər addıma gedə biləcəyini sözlərinə əlavə edib.
Musavat.com






