Tanınmış təşkilatçı, "Səs music organization"nun rəhbəri Nahid Emiloğlu yoxa çıxıb. Criminal.az saytına daxil olan məlumata görə, buna səbəb onun bir neçə nəfərin pulu alıb qaytarmamasıdır.
Məlumata görə, N.Emiloğlu bir neçə nəfərdən külli miqdarada pul alaraq qaytarmayıb. Həmin şəxslər pulu geri istədiyindən o qaçaraq gizlənib. Heç bir telefonlara isə cavab vermir.
Məsələ ilə N.Emiloğlu ilə əlaqə saxlamağa cəhd etsək də, telefonu söndürüldüyündən danışmaq mümkün olmadı.
Əldə etdiyimiz məlumata görə, N.Emiloğlunun ölkədən çıxışına da bir müddət əvvəl ''Stop'' qoyulub.






