İnsanlara hürriyət, millətlərə istiqlal!

Myanmadan qaçan müsəlmanların geri qaytarılması ilə bağlı razılaşma imzalanıb

627 23.11.2017 15:40 Son xəbər A A

Banqladeşlə Myanma arasında Arakanlı müsəlman qaçqınların öz doğma yerlərinə qaytarılmasına dair razılaşma imzalanıb.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, sənədə əsasən Banqladeş hökuməti ölkəyə sığınan qaçqınları Myanmaya göndərəcək.

Qeyd edək ki, bu il avqustun 25-dən Myanmanın şimalında, Arakan əyalətində müsəlmanlara qarşı “qanunsuz silahlılara qarşı mübarizə” adı altında qətliam başlayıb. Bu “tədbir” nəticəsində 613 min myanmalı müsəlman doğma torpaqlarını tərk edərək Banqladeşə sığınıb.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Reks Tillerson Myanmada müsəlmanlara qarşı törədilənləri “etnik təmizləmə” adlanıdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR