İnsanlara hürriyət, millətlərə istiqlal!

Myanmada torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub

330 28.07.2019 18:20 Dünya A A

Myanmada torpaq sürüşməsi nəticəsində ən azından 14 nəfər - biri polis əməkadaşı olmaqla - həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.

Məlumata əsasən, təbii fəlakət Myanmanın şimalında, Kaçin ştatında yerləşən nefrit yatağında baş verib.

Polis bildirir ki, 4 nəfər hələ də itkin sayılır, onlardan ikisi təhlükəsilik qüvvələrinin əməkdaşıdı, lakin onların aşkar olunma şansları çox kiçikdi. Xilasedənlər iki nəfəri dağıntılar altından çıxara biliblər, və onlar xəstəxanaya çatdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR