İnsanlara hürriyət, millətlərə istiqlal!

Myanma məhkəməsi “Reuters”in jurnalistlərinə 7 il iş kəsib

655 03.09.2018 10:51 Son xəbər A A

Myanma məhkəməsi “Reuters” agentliyinin iki jurnalistini 7 il müddətinə azadlıqdan məhrum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı “Reuters” yayıb.

Bildirilib ki, onlar dövlət sirrinin yayılması haqqında qanunu pozmaqda təqsirli biliniblər.

Jurnalistlər 2017-ci il dekabrın 12-də saxlanılıblar. Onlardan biri 2016-cı ilin iyunundan, o biri isə 2017-ci ilin sentyabrından agentlikdə işləyirmiş. Hər iki reportyor Rakhayn əyalətində müsəlmanlara edilən hücumlarla bağlı materiallar hazırlayırmış.

Qeyd edək ki, BMT Myanma hakimiyyətini müsəmanlara qarşı soyqırımda ittiham edib. Bu cinayət nəticəsində 10 mindən çox müsəlman qətlə yetirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR