İnsanlara hürriyət, millətlərə istiqlal!

“Muzeyi peşəkardan öyrənək” layihəsinin növbəti təlimi Ağcabədi rayonunda keçirilib

542 02.08.2022 12:02 Mədəniyyət A A

Muzeyi peşəkardan öyrənək" adlı layihə üzrə növbəti təlim-seminar Ağcabədi Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağcabədi, Ağdam və Laçın rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün Ağcabədi Tarix – Diyarşünaslıq muzeyində keçirilib.

Musavat.com-un xəbərinə görə, layihədə ümumilikdə 8 mədəniyyət müəssisəsindən 22 əməkdaş iştirak edib.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan təlim-seminarda “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR