İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətin hakimiyyətə gəlmək ümidi qalırmı? - düşərgədən iki fərqli baxış

1224 10.06.2019 08:40 Ölkə A A

Azərbaycan müxalifəti bir zamanlar hakimiyyətə gələcək səviyyədə güclü idi. Seçkilərdə yüksək səs əldə etməkdən başlamış, meydanlara kifayət qədər kütə toplamağa qədər gücləri yetirdi. Bu isə onlarda hakimiyyətə gələcəklərinə ciddi inam yaradırdı. İstənilən müxalifət fəalını, liderini danışdıranda iqtidara gələcəklərinə inandıqlarını bəyan edirdilər.

Son illərdə müxalifətin gücü xeyli zəifləyib. Bunu özləri də açıq şəkildə dilə gətirirlər. Bəs düşərgədə nə zamansa iqtidara gəlmək inamı, ümidi qalırmı?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, müxalifətin vəzifələrini yalnız hakimiyyətə gəlməklə məhdudlaşdırmaq müxalifətin ən böyük və ciddi səhvlərindən biri olub: “Bunu da müxalifətdəki müəyyən revanşist qüvvələr edib. Adamlara elə gəlir ki, müxalifətin yeganə vəzifəsi hakimiyyətə gəlməkdir və müxalifət hakimiyyətə gələ bilmirsə, deməli, vəzifəsini yerinə yetirə bilmir. Halbuki belə deyil. İndi dünyada qloballaşma gedir.

ADP sədri Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Bu qloballaşmaya görə, ayrıca dövlətdə yalnız iç qüvvələrin fəaliyyəti ilə nələrsə alınmır. Ona görə bizim hakimiyyətə gələ bilməməyimizin 90 faiz səbəbi bizdən asılı olmayan səbəblərdir. Yəni biz hakimiyyətə gəlmək üçün lazım olan kriteriyaların əksəriyyətinə cavab versək də, bizdən asılı olmayan kriteriyalar da var. Həmin kriteriyalar zəmin yaratmasa, biz heç vaxt hakimiyyətə gələ bilmərik”.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyev isə hesab edir ki, müxalifətin iqtidara gəlmək ehtimalı anbaan yüksəlir: “Bunu sübut edən çoxlu sayda əlamətlər var. Birini söyləyim. Heç uzağa getməyək. Sizin iş otağınızla qonşuluqda ”canlı debat" layihəsi həyata keçirilir. Həmkarınız dəyərli Sevinc Telman qızı bəndənizlə mükaliməyə iqtidardan nümayəndə tapa bilmir. İndi siz deyin, kimin mövqeləri daha güclüdür. Axı siz də seçici, həm də vətəndaşsınız".

AĞ Partiyanın sədri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı isə dedi ki, müxalifət iqtidara gələcəyinə inanır və ümidlidir: “Doğrudur, uzun  müddətdir ki, Azərbaycanda iqtidar bir siyasi qüvvənin əlindədir deyə istər xalqın, istərsə də bəzi müxaliflərin inamları və ümidləri nisbətən sarsılıb. Ancaq bu, o demək deyil ki, müxalifətin hamısının qalib gəlməyə inamları yoxdur. Zatən, məntiqlə analiz etsək də anlaşılar ki, uğura inam olmasa, bu qədər mübarizə aparılmaz, bu qədər məhrumiyyətlərə, həbslərə, təzyiqlərə tab gətirilməzdi. İqtidara gəlmək, hakimiyyətlə mübarizə aparmaq sistemli, ardıcıl və inadkar  fəaliyyət tələb edir. Bu gün də kifayət qədər inamla və inadkar şəkildə hakimiyyətlə mübarizə aparan müxalifət təşkilatları mövcuddur. Şəxsən mən AĞ Partiya sədri olaraq özümüzü də bu qəbildən olan siyasi partiya hesab edirəm. Biz partiya üzvlərinin böyük əksəriyyəti gənc də olsa, artıq illərdir ki, hakimiyyətə gələrək xalqa xidmət etmək uğrunda ardıcıl və prinsipial mübarizə aparırıq. Biz inanırıq ki, çox yaxın zamanlarda müxalifətin və bizlərin təsir imkanlarımız artacaq və  Azərbaycanın siyasi həyatına müsbət yön verən qurumlardan olacağıq. Həmçinin istər dünyada, istər regionumuzda və istərsə də Azərbaycanın daxilində vəziyyət belədir ki, hər an hər şey dəyişə bilər. 1 saatın içərisində müxalifət iqtidar ola bilər. Sadəcə olaraq, biz çalışmalıyıq  ki, bütün proseslər Azərbaycan dövlətçiliyinin və xalqın maraqları çərçivəsində həyata keçsin”.

E.SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR