MÜXALİFƏTİN 22 APREL YÜRÜŞ-MİTİNQİNƏ İCAZƏ VERİLDİ
Xatırladaq ki, Mitinq Komitəsinin üzvləri Tofiq Yaqublu, Asəf Quliyev və Rafiq Manaflının imzası ilə meriyaya göndərilən müraciətdə Binəqədi rayonu 7-ci mikrorayondakı keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmir yoluna tərəf çıxışı, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydan və Nərimanov rayonu, Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkı göstərilmişdi. BŞİH bu ünvanlardan heç birinə razılıq verməsə də yuxarıda qeyd olunduğu kimi, 20-ci sahədəki Sürücülük Məktəbinin təlim meydanını mitinq üçün təklif edib.
İctimai Palatanın Koordinasiya Şurası dünən BŞİH-in cavabını müzakirə edib. Koordinasiya Şurasının iclasına sədrlik edən Rafiq Manaflının verdiyi məlumata görə, İctimai Palata bəyan edir ki, BŞİH-in yürüş-mitinq təşkilatçılarının istədiyi üç ünvandan heç birinə razılaşmaması, eyni zamanda 20-ci sahədə yürüşə yox, yalnız mitinqə razılıq verməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun pozulmasıdır. Bununla belə, Koordinasiya Şurası qarşıdurma olmaması üçün 22 aprel mitinqinin 20-ci sahədə təklif olunan meydanda keçirilməsi barədə qərara gəlib.
R.Manaflı dedi ki, iclasda aksiyaya hazırlığın gedişi və atılacaq addımlar da müzakirə edilib.
Yürüş-mitinqdə “Yeni parlament seçkiləri!” “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq azadlıqları təmin edilsin!”, “Əmanətlər birə-bir qaytarılsın!”, “Əmlakımıza toxunmayın!”, “Korrupsiya və rüşvətxorluğa son!” şüarları səsləndiriləcək.