Ermənistanın “Vətən” partiyasının üzvü Arsen Babayan müxalifət tərəfdarlarını birləşməyə və baş nazir Nikol Paşinyanın Moskvaya uçuşuna imkan verməməyə çağırıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Babayan bildirib ki, o, 11 yanvarda, saat 08.00-da Paşinyanın Rusiyaya uçmasına mane olmaq üçün İrəvanın “Zvartnots” aeroportunda olacaq. “Birləşin və biz vətənimizin ölümünün qarşısını alaq”, deyə, çağırış edən müxalifət təmsilçisi Moskvada keçiriləcək üçtərəfli görüşlə bağlı iddia edib ki, Ermənistanın və “artsax”ın (?!-red.) əleyhinə olan istənilən qərar qeyri-legitim sayılacaq və lənətlənəcək.
Musavat.com






