İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜXALİFƏT 300 MİN VƏTƏNDAŞIN İMZASINI TOPLASA...

1282 16.12.2010 09:31 Ölkə A A
Bütün resurslar artacaq və biz daha iddialı layihələrin altına girə biləcəyik. Məsələn, nəyə görə biz konstitusiyanın verdiyi imkandan istifadə edib 40 min nəfərin imzasını toplayıb seçki islahatları paketini qanunvericilik təşəbbüsü ilə təqdim etməyək? Bəlkə gələcəkdə biz 300 min vətəndaşın imzasını toplayıb hətta konstitusiya dəyişiklikləri üçün referendum keçirilməsi ilə bağlı öz layihəmizi təqdim edə bilərik. Bütün ölkəni silkələyə biləcək addımlar ata bilərik. Hamımız birlikdə olanda bunları eləmək mümkündür”.
AXCP sədrinin perspektivlə bağlı dedikləri reallaşa bilərmi? Qeyd olunan sayda imzalar toplansa, həmin tələblərin reallaşması mümkündürmü? Bu məsələlər qanunvericilikdə əksini necə tapır?
Sabiq deputat Pənah Hüseyn bildirdi ki, 2009-cu ilin martında keçirilən referendumda konstitusiyaya 40 min vətəndaşın imzası ilə qanunvericilik təşəbbüsü qaldırmaq və 300 min vətəndaşın imzası ilə referendum keçirilməsi təşəbbüsünün irəli sürülməsi maddələri daxil edilib. Yəni AXCP sədrinin dediyi məsələlər konstitusiyada əksini tapıb. Lakin problem ondadır ki, bu maddələrin həyata keçirilməsini tənzimləyən qanunvericilik aktları hələ də qəbul olunmayıb: “Konstitusiya müddəası var, amma qanunlar yoxdur. Seçki Məcəlləsində də bu müddəalara uyğun düzəliş və əlavələr həyata keçirilməyib. Ona görə də hazırkı vəziyyətdə hətta konstitusiyaya əsaslanıb, məsələn, 40 min vətəndaşın imzasını toplayıb Milli Məclis Aparatına qanun layihəsi təqdim edilsə, o layihə müzakirəyə çıxarılmaz. Yaxud da Milli Məclisin daimi komitələri mənfi rəy verər və məsələ gündəmdən çıxar”.
P.Hüseyn dedi ki, qanunvericilik təşəbbüsü hər bir deputatın var. Amma reallıq budur ki, hətta deputatlar da qanunvericilik təşəbbüslərini reallaşdıra bilmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR