Müstəntiqlər Moskvanın “Alıe parusı” elit yaşayış komleksində qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Əli Heydərovun (Albert Rıjı) qisasçılıq zəminində öldürülməsi ilə bağlı versiya irəli sürüb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, ilkin versiya kriminal avtoritetin ölümü oğru dünyasının nümayəndələri tərəfindən qisasçılıq zəminində törədilib.
Qeyd edilib ki, “Albert Rıjı” kriminal aləmin məşhur ismlərindən olan Nadir Səlifovun (lotu Quli) qətlinin gizli sifarişçisi olduğundan öldürülüb.
Xatırladaq ki, "qanuni oğru" Əli Heydərov bu gün saat 13 radələrində Moskvada “Alıe parusı” elit yaşayış komleksinin fitnes zalında qətlə yetirilib. Muzdlu qatil zala girərək silahla ona arxadan atəş açıb.






