Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti karantin günlərində də öz yaradıcılıqlarını davam etdirir.
Musavat.com bildirir ki, “Evdə qal” layihəsi çərçivəsində bu dəfə teatrın daha bir heyət üzvü Dilşən İbadova maraqlı ifa ilə çıxış edib. Gənc ifaçı pianoçu Elvin Fəridlinin müşayiəti ilə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından “Asyanın ariyası”nı oxuyub. İfa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bir neçə gün öncə Musiqili Teatrın orkestr heyətinin müşayiəti ilə qızlardan ibarət xor və balet kollektivinin ifasında Üz.Hacıbəylinin “Arşın mal alan” tamaşasından “Qzıların xoru” kompazisiyası geniş auditoriyaya təqdim olunmuşdu.
Xalidə Gəray,
Musavat.com






