“Müsəlman qardaşlar”ın dini lideri Məhəmməd Badianın həbs müddəti daha 15 sutka uzadılıb
Misirdə məhkəmə “Müsəlman qardaşlar” islamçı təşkilatının ali dini lideri Məhəmməd Badianın həbs müddətini daha 15 sutka uzadılmasına qərar verib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Misir televiziyası məlumat yayıb. Qeyd edək ki, Məhəmməd Badia ötən gecə etirazçıları qətlə yetirməyə təhrik etmək ittihamı ilə saxlanılıb.
Məhəmməd Badianın məhkəmə prosesinin artıq avqustun 25-də başlanacağı gözlənilir.
70 yaşlı Məhəmməd Badia hazırda Qahirənin ətrafında yerləşən “Tora” həbsxanasında saxlanılır.
Qeyd edək ki, “Müsəlman qardaşlar” təşkilatının müvəqqəti lideri Mahmud Ezzat təyin olunub.






