Müsəlman dövlətlərinin gənclər və idman nazirləri İstanbula toplandı
Oktyabrın 6-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gənclər və idman nazirlərinin 3-cü könfransı işinə başladı. “Conrad” oteldə keçirilən tədbirə İƏT üzvü 30 ölkədən nazirlər, o cümlədən Azərbaycandan nazir Azad Rəhimov və eləcə də yüksək rütbəli təmsilçilər qatılmışdı.
İƏT toplantılarında olduğu kimi, ənənəvi olaraq konfrans Quran oxunması ilə bağladı. Daha sonra isə İƏT Gənclər Forumunun hazırladığı hesabat janrında, o cümlədən 15 iyul olaylarını göstərən videofilm, ardınca isə Bakıda keçiriləcək 2017-ci il İslam Həmrəyliyi Oyunlarının tanıtım videosu nümayiş olundu. Hər iki film böyük maraqla qarşılandı.
Konfransda çıxış edən İƏT Gənclər və İdman nazirləri Şurasının dönəm sədri, Səudiyyə ƏrəbistanıGənclər və İdman naziri Abdullah bin Musaid bin Əbdüləziz çıxış edərək nazirlərin 3-cü konfransında mühüm qərarlar alınacağını, müsəlman ölkələrində gənclərin təhsil, idman sahəsinin inkişafı, radikalizmdən uzaq olması istiqamətində çalışmaları həyatakeçirmək üçün mühüm qərarlar qəbul edəcəyinə ianandığını və bu konfransı dəstəklədiklərini bildirdi. Eyni zamanda səudiyyəli nazir dönəm sədrliyini Türkiyəyə təhvil verdi.
Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına məktubu oxundu. Ardınca isə Gənclər və İdman naziri Akif Çağtay Kılıc çıxış etdi. İƏT üzvü ölkələrdə əhalinin böyük bir hissəsini gənclərin təşkil etdiyini qeyd edən nazir, İƏT ölkələrinin gənclərin inkişafı, təhsil, idman sahəsində ciddi proqramlara ehtiyacının olduğunu bildirdi. Eyni zamanda bu istiqamətdə Türkiyənin təcrübə və uğurlarının olduğunu, müsəlman gənclər arasında birlik, bərabərlik, əməkdaşlıq ələqələrinin inkişaf etdirilməsinə çağırdı. İƏT ölkələrində gənclər siyasətinin daha da aktivləşdirilməsi təklifinin Türkiyə və Qazaxıstan tərəfindən verildiyini qeyd edən türkiyəli nazir İƏT ölkələri gənclər və idman nazirlərinin toplantısında üzv ölkələrdə gənclər siyasətinin koordinasiyalı aparılması, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün strategiyanın qəbul olunacağını bildirdi.
İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov çıxışında dünya əhalisinin dörddə birini təşkil edən müsəlman aləmində gənclərin xüsusi çəkisinin olduğunu, eyni zamanda hazırda Yaxın Şərq və Şimali Afrikada gənclərin böyük bir sıxıntılar yaşadığını bildirdi. Yaxın Şərq və Şimali Afirka bölgəsində 80 milyon gəncin işsizlikdən əziyyət çəkdiyini qeyd edən diplomat,müsəlman gənclərin təhsil, iş, idman və digər sahələrdə problemlərinin həlli, inkişafa nail olmaq üçün İƏT ölkələri arasında ciddi koordinasiyalı fəaliyyətə ehtiyac olduğunu bildirdi. İƏT GF-nin yaranmasından 10 il ötdüyünü qeyd edən sədr bu müddətdə təşkilatın 46 ölkədə üzv qurumlarının yaradıldığını və bir sıra geniş miqyaslı kampaniya və fəaliyyətlərin həyata keçirildiyini qeyd etdi. Xüsusən də müsəlman gənclər arasındamaarifləndirmə aksiyalarının böyük təsirinin olduğunu qeyd edən E.İskəndərov qurumun təşkilatçılığı ilə dünyada ilk dəfə müsəlman gənclər tərəfindən keçirilən “Xocalıya Ədalət”kampaniyasının böyük təsirinin olduğunu bildirdi və kampaniyanın təşəbbüskarı olan Leyla Əliyevaya təşəkkür etdi. Eyni zamanda o, qurumun yaranmasında və fəaliyyətinin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür etdi.
İslam Həmrəyliyi Oyunları Federasiyasının baş katibi Faysal ən-Nassar çıxış eədərk İƏT ölkələrində idman və gənclər siyasətinin koordinasiyasının inkiaf etdirilməsinə xidmət edən yeni təşəbbüsləri dəstəklədiyini, idman oyunlarının müsəlman ölkələrində gənclər arasında yaxınlaşmaya səbəb olacağını qeyd etdi. Eyni zamanda 4-cü İslam Həmrəylik Oyunlarının təşkilatçısı olan Azərbaycan hökumətinə ayrıca təşəkkür edərək, Oyunlara hazırlıqlardan razılığını bildirdi.
İƏT baş katibinin müavini Muhamməd Naim Xan isə çıxışında bildirdi ki, İƏT üzvü ölkələrdə gənclər və idman siyasətinin qurulması, bu istiqamətdə İƏT ölkələri arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı təşəbbüs iki il əvvəl – 2014-cü ildə İƏT üzv ölkələri tərəfindən qəbul olunmuş qərarla ortaya qoyulub. Bu günkü tədbirin iki il əvvəlki təşəbbüsün rəsmiləşməsi prosesi olduğunu qeyd edən İƏT rəsmisi müsəlman ölkələrində gənclər və idman sahəsində fəaliyyətlərin əlaqələndirilməsinə ehtiyac olduğunu bildirdi.
Qeyd edək ki, rəsmi hissənin sonunda 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Paytaxtı elan edildi və müvafiq olaraq Malayziyanın Purtacaya və İranın Şiraz şəhərlərinin Gənclər Paytaxtı elan olunması ilə bağlı İƏT GF ilə müvafiq ölkələrin Gənclər və İdman nazirləri arasında anlaşma imzalandı.
Tədbirin sonunda İƏT GF-nin təşəbbüsü ilə müsəlman ölkələri gənclərinin həyata keçirdiyi “Gənclik Türkiyə və Demokratiyanın Yanında”adlı bəyannamə təqdim olundu. 8 milyon gəncin imzaladığı bəyannamə gənclərin iştirakı ilə ƏİT GF tərfindən Türkiyənin Gənclər və İdman nazirinə təqdim olundu. Eyni zamanda konfransda İƏT Gənclər Forumunun Qambiya və Fələstindən olan üzvləri çıxış edərək İƏT üzv ölkələri nazirlərindən gənclər siyasətini daha da aktivləşdirməsi, mərkzələşdirilmiş funksional bir quruma çevrilməsinə dəstək verməyə çağırdılar.
Qeyd edək ki, İƏT üzv ölkələri gənclər və idman nazirlərinin toplantısı konfransı oktyabrın 5-dən ekspertlər toplantısı ilə bağlayıb. Gözlənilir ki, nazirlərin 3-cü konfransında ƏİT gənclər və idman siyasətinmin vahid mərkəzdən həyata keçirilməsi ilə bağlı Nazirlər Şurasının yaradılması daimi katibliyin təsis olunması gözlənilir. Bundan başqa ayrıca olaraq gənclər və idman strategiyaları qəbul olunacaq.
İƏT Gənclik Strategiyası bu qurum tarixində ilk dəfə olaraq İƏT ölkələrində gənclərin həyat standartlarının müəyyən olunması, gənclərə yönəlik proqramların hazırlanması, işsizliyin aradan qaldırılması, intellektual inkişaf, məzhəblər arasında yaxınlaşma, təkfirçiliyə qarşı mübarizəni nəzərdə tutur. Strategiya 8 ay ərzində Gənclər Forumu və İSESCO və üzv ölkələrlə məsləhətləşmələrlə hazırlanıb.
Kənan






