MÜSAVATLA AXCP DAHA ÜÇ DAİRƏDƏ RAZILAŞDILAR
36 saylı Xətai dördüncü seçki dairəsindən isə Müsavatın namizədi Aydın Acalov iddiasını geri götürüb. Bundan sonra «AXCP-Müsavat» blokunun 36-cı dairədə vahid namizədinin AXCP funksioneri Seymur Həziyevin olması haqda qərar verilib.
Həmçinin AXCP-nin 112 saylı Qax seçki dairəsində Müsavat təmsilçisi Limunət Əmrahlının namizədliyini müdafiə edəcəyi barədə razılaşma olub. Lakin L. Əmrahlı artıq imzatoplama kampaniyasına başladığından, o, rəsmi sənəddə “AXCP-Müsavat” seçki blokunun vahid namizədi ola bilməyəcək.
Beləliklə, “AXCP-Müsavat” seçki bloku bu günə qədər parlament seçkilərində 100 vahid namizədlə iştirak etmək barədə razılığa gəliblər. Razılaşma əldə olunmayıb, hər iki partiyanın ayrıca namizədi olan dairələrin sayı 10-a enib. Müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.