Müsavatın üzvləri hüquq mühafizə orqanları tərəfindən siyahıya alınır
Müsavat Partiyasının üzvləri hüquq mühafizə orqanları tərəfindən siyahıya alınır. Bu barədə musavat.com-a partiyanın Məclis üzvü Dünyaxanım Cahan məlumat verib.
Xanım Məclis üzvü qeyd edib ki, fevralın 25-də günorta saatlarında, onun yaşadığı ərazinin sahə müvəkkili onların evinə zəng vuraraq, partiya mənsubiyyətini soruşub: “Bu gün ev telefonumuza zəng gəldi. Özünü yaşadığımız Səbayel rayonu ərazisinin sahə müvəkkili kimi təqdim edən şəxs məndən partiya mənsubiyyətimin olub-olmamasını soruşdu. Təbii ki, həmişə olduğu kimi, verilən sualdan yayınmadım. Müsavatın üzvü olduğumu dedim. Amma təəccübləndim və öz növbəmdə sualın səbəbini soruşdum. Sahə müvəkkili mənə dedi ki, "Bizə siyahılar verilib. Həmin siyahıda olan şəxsləri dəqiqləşdiririk. Siyahının hansı orqan tərəfindən verilməsi ilə bağlı sualıma isə cavab vermədən, telefonu üzümə qapatdı. Bununla bağlı narahatçılığımı bölüşmək istədim. Gələcəkdə hansısa təzyiqlərin ola biləcəyi ehtimalı var. İstədim ki, cəmiyyət məlumatlı olsun”.
Cavanşir ABBASLI






