İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatın Avropadakı koordinasiya mərkəzi nə iş görəcək?

2592 25.10.2016 07:10 Siyasət A A
Almaniyanın Frankfurt şəhərində Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) təsis konfransı keçirilib. Konfransda İlham Həsən AKM-in sədri seçilib. 3 nəfər MNTK üzvü, 11 nəfər Məclis üzvü seçilib.

Konfransda Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Yadigar Sadıqov və Məclis üzvü Nazim Azadoğlu da iştirak ediblər. 

Konfrans “Kanal13"ün facebook səhifəsindən canlı olaraq yayımlanıb.

Image result for İlham Həsən

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin sədri İlham Həsən bildirib ki, bir neçə ay öncə təşkilat komitəsi yaradılmışdı. Avropa ölkələrində Müsavat Partiyasının üzvlərinin koordinasiya mərkəzləri fəaliyyət göstərir. Qərara gəlinib ki, koordinasiya mərkəzlərini birləşdirərək Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi qurulsun: “Konfransda Müsavat Partiyasının demokratik ənənələrinə uyğun olaraq tam demokratik şəkildə seçkilər keçirildi. Müsavat başqanı Arif Hacılının geniş çıxışı oldu. Konfransa İsveç, İsveçrə, Hollandiya, Belçika və digər Avropa ölkələrində yaşayan, həmçinin Almaniyada yaşayan müsavatçılar qatılmışdı. Eyni zamanda Almaniyada fəaliyyət göstərən türk təşkilatları, Atatürk Düşüncə Dərnəyinin təmsilçiləri qonaq qismində iştirak etdilər. Təsis konfransı çox möhtəşəm, böyük ruh yüksəkliyi ilə keçirildi. Azərbaycan siyasi həyatına bir çox demokratik yeniliklər gətirən Müsavat Partiyasının Avropadakı üzvləri də Müsavatın demokratik prinsiplərinə sadiq qalaraq gizli səsvermə ilə strukturun rəhbərliyini formalaşdırmağa nail oldu. Seçkili orqanlarda xanımlar üçün nəzərdə tutulan 4/1 kvota prinsiplərinə uyğun olaraq Məclisin və MNTK-nın formalaşmasında bu bərabərlik təmin olundu”.

İ.Həsənin sözlərinə görə, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi Müsavatın Avropada yaşayan üzvləri tərəfindən partiyanın qəbul etdiyi qərarların həyata keçirilməsi, Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində fəaliyyətin səmərəliliyinin təmin edilməsi , partiya strukturları ilə əlaqələrinin dinamikliyinin artırılması, Avropa üzrə ümumi fəaliyyətin koordinasiyası, Qarabağ problemi ilə bağlı fəaliyyətin koordinasiya edilməsi məqsədilə yaradılıb: “AKM -in tərkibi ayrı -ayrı ölkələrdə və şəhərlərdə yaşayan Müsavat Partiyası üzvləri tərəfindən seçilmiş özək ( və ya şöbə) sədrlərindən, koordinatorlardan ibarətdir. 

Əsas məqsədlərimizdən biri Azərbaycanın Avropada tanıdılmasında, Qarabağ həqiqətlərinin  Avropa ictimaiyyətinə çatdırmasında və Azərbaycanda demokratik, hüquqi bir dövlət quruculuğunda Müsavat Partiyasının və digər demokratik təşkilatların, siyasi partiyaların fəaliyyətlərini dəstəkləyib onların beynəlxalq təşkilatlarla, Avropanın aparıcı dövlətlərinin strukturları ilə əlaqələrinin qurulmasında Avropada yaşayan dostlarımızın imkanlarından AKM aracılığı ilə maksimum istifadə etməkdir. Eyni zamanda bu təşkilatın imkanlarından istifadə edərək Azərbaycanın inkişafi, Qarabağın azadlığı və ölkəmizdə hüquqi bir dövlətin guruculugu naminə Avropada yaşayan, Azərbaycanın milli mənafeyini dəstəkləyən bütün soydaşlarımızı bir araya gətirib ciddi bir diaspora təşkilatı qurmaq da AKM-in məqsədlərindən biridir".

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR