MÜSAVATDA DƏYİŞİKLİK PLANI VURĞUN ƏYYUBLA MÜZAKİRƏ OLUNUB?
P.Hüseyn İbrahim İbrahimliyə belə bir müzakirənin olub-olmadığını sual edib. İ.İbrahimli isə cavabında deyib ki, Vurğun bəy gələndə bir dost görüşümüz olub, digər səslənən fikirlər isə dedi-qodudan başqa bir şey deyil.
P.Hüseyn isə fikrinin üstündə qaldığını deyib və bildirib ki, Vurğun Əyyubla görüşdə hətta öz çevrələrində İbrahim bəylə Sülhəddin bəyin təklifləri dəstək qazanmayıb, istənilən halda partiyanı tərk etməmək fikri üstünlük təşkil edib. Vurğun bəyin özü də qəti şəkildə partiya üzvlüyündən getməyəcəyini bildirib.
V.Əyyubun partiyadan istefanın əleyhinə olduğu haqda P.Hüseynin dediklərini Vurğun bəyin mediaforum.az saytına srağagünkü müsahibəsindəki fikirləri də təsdiqləyir. “İstefalara münasibətiniz necədir” sualına V.Əyyub belə cavab verib: “Hesab edirəm ki, dostlar tələsik qərar veriblər. Onların istefa verməsini heç təqdir etmirəm. Lakin prosesin birbaşa içində olmadığım üçün qiymətləndirməyə çətinlik çəkirəm. Hər kəs qərarının məsuliyyətini özü daşıyır. Kimin doğru və ya yanlış olduğunu gələcək göstərəcək”.
V.Əyyubla başqa hansı Divan üzvlərinin görüşdüyünü və P.Hüseynin dediyi kimi müzakirələrin aparıldığını dəqiqləşdirmək üçün bir neçə Divan üzvünə müraciət etdik.
Qabil Hüseynli partiyadaşı V.Əyyubla görüşmədiyini bildirdi: “Görüşdə olmamışam. Ona görə də heç nə deyə bilmərəm”.
Arzu Səmədbəyli sualımıza qısa cavab verdi: “Yox. Görüşməmişəm”.
Adil Qeybulla V.Əyyub Türkiyədən qısa müddətə qayıdan zaman onunla görüşdüyünü bildirdi. Lakin qeyd etdi ki, o, hər hansı bir geniş tərkibli görüşdə iştirak eləməyib: “Vurğun bəylə bir dost kimi görüşmüşəm. İşi və orada yerləşməsi ilə bağlı maraqlanmışam. Onunla partiyadaxili məsələlərin müzakirə edildiyi geniş bir görüşdən xəbərim yoxdur”.
Qubad İbadoğlu da V.Əyyubla görüşdüyünü bildirdi: “Əlbəttə, Vurğun bəylə görüşmüşəm. Görüşümüz ikilikdə olub və çay içib söhbət etmişik”.