İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatçı gənc fəal təzyiqlərə məruz qaldığını deyir

1081 25.02.2014 19:48 Ölkə A A

Fərid Həsənsoy başına gələnlər barədə aşağıdakıları deyib: 

“Dünən günorta saatlarında yaşadığım evin qarşısından 3 nəfər mülki geyimli şəxs tərəfindən zorla maşına mindirilərək, Yasamal rayon Polis İdarəsinə aparıldım. Yolda mülki geyimlilər tərəfindən heç bir əsas gətirilmədən fiziki təzyiqlərə məruz qaldım. Ən ağır söyüşlərlə təhqir edildim. Polis idarəsində məni sorğu-sual edərkən həbs olunmağıma səbəb kimi, müsavatçı olmağımı və sosial şəbəkədəki fəallığımı bəhanə gətirdilər. Məndən bu işlərdən geri çəkilməyimi tələb etdilər. Əks halda şantaj və həbs edəcəkləri ilə təhdid etdilər. Saxlandığım 5 saat müddətində ciddi fiziki və psixoloji təzyiqlərə məruz qaldım. Xüsusi öyrədilmiş polislər tərəfindən ən ağır söyüşlərlə təhqir edildim. Sərbəst buraxılan zaman siyasi əqidəmdən və sosial şəbəkədəki fəallığımdan geri çəkilməsəm, növbəti dəfə həbs olunacağım ilə hədələndim. Mən Fərid Həsənsoy olaraq, bəyan edirəm ki, məni siyasi əqidəmdən yalnız ölüm ayıra bilər. Mən həyatımın sonuna qədər müsavatçı olaraq yaşayacam. Bundan sonra, başıma hər hansı bir hadisə gəlsə, səbəbi bu hakimiyyətdir ”.

Cavanşir ABBASLI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR