İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat Partiyası siyasi məhbuslarla bağlı bəyanat verdi

769 23.06.2014 18:50 Siyasət A A


Partiyanın mətbuat xidmətindən musavat.com-a daxil olan bəyanatın mətnini olduğu kimi təqdim edirik: 

"Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə növbəlilik əsasında sədrlik etməsinə başlayan vaxtdan siyasi məhbuslar - Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, “REAL” hərəkatının rəhbəri İlqar Məımmədovun və İsmayıllı hadisələrinə görə həbs olunanların, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun apellyasiya şikayətlərinə baxılmasının əsaslı səbəblər olmadan uzadılması, bəzi hallarda isə qeyri-müəyyən vaxtadək təxirə salınması siyasi məqsədlərin güdülməsini bir daha ifşa etməklə yanaşı, isti yay günlərində təcridxanada saxlanılan təqsirləndirilən şəxslərin səhhətinə də mənfi təsir edir. 

Belə ki, hazırda Şəki Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılan Tofiq Yaqublunun səhhətinin son günlərdə pisləşməsi halı qeydə alınıb. Astma xəstəliyindən əziyyət çəkən T.Yaqublunun uzun müddət həbsdə saxlanması onun vəziyyətini daha da ağırlaşdırıb. Havaların kəskin istiləşməsi ilə əlaqədar onda ciddi tənəffüs problemi yaranıb. Təcridxana şəraitində mövcud şərtlər və imkanlar daxilində edilən məhdud müalicə T.Yaqublunun səhhətinin yaxşılaşmasına imkan vermir. 

Müsavat Partiyası beynəlxalq təşkilatlar tərəfindən də adları vicdan və siyasi məhbuslar siyahısına daxil edilən şəxslərin apellyasiya şikayətlərinə baxılmasının gecikdirilməsini Azərbaycan rəhbərliyinin Avropa Şurasının Parlament Assambleyasının iyun sessiyasında gözlənilən məruzəsinə görə edildiyi qənaətindədir. Müsavat Partiyası Apellyasiya məhkəmələrindən qanunsuzluqlara son qoyaraq tez bir zamanda bu şikayətlərə baxmasını, təqsirləndirilən şəxslərin həbsdən azad olunmasını tələb edir". 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR