Müsavat Partiyası Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
Hər il olduğu kimi, bu il də milli-azadlıq hərəkatının iştirakçıları və liderləri 25 il öncə həyatını itirən və Şəhidlər Xiyabanında uyuyan silahdaşlarının məzarlarını ziyarət edirlər.
Musavat.com-un reportyorunun Şəhidlər Xiyabanından verdiyi məlumata görə, Müsavat Partiyasının üzvləri, partiyanın başqanı Arif Hacılının, xalq hərəkatının liderlərindən biri olmuş İsa Qəmbərin rəhbərlik etdiyi ziyarətçilər dəstəsi bu gün Şəhidlər Xiyabanında olaraq şəhidlərin məzarlarının üstünə çiçəklər qoyub, onların xatirəsini yad ediblər.
Ziyarətdə partiyanın çoxsaylı fəalları və tərəfdarları da iştirak ediblər.
Musavat.com






