İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat Partiyası saxta arayış qalmaqalı ilə bağlı məhkəməyə müraciət edəcək

845 08.06.2015 18:18 Siyasət A A

Partiyanın mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Müsavat Partiyasının üzvü, gənc fəal Oruc Novruzovun (Danyal bəyin) faciəli şəkildə həlak olması bir dəqiqəlik sükutla yad edilib.

Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.

Divan üzvləri Gülağa Aslanlı və Elman Fəttahın Müsavat Partiyasının üzvü Nərgiz Yaqublunun Gürcüstanda keçirilən anım tədbiri barədə məlumatı dinlənilib. 

İclasda Müsavat Partiyası adından Belçika Miqrasiya İdarəsinə təqdim olunan saxta sənədlərin ictimailəşdirilərək ifşa edilməsi müsbət qiymətləndirilib.

Partiyanın Mərkəzi İcra Aparatı tərəfindən bu fakt açıqlandıqdan sonra saxtakarların partiya üzvlərinə böhtan kampaniyasına başlaması barədə məlumat verilib.

Bu kampaniyada iştirak edənlərin Azərbaycan və Avropa məhkəmələri qarşısında cavab vermələri üçün hüquqi addımların atılması barədə qərar qəbul olunub.

Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı Türkiyədə Azərbaycan Cümhuriyyətinin 97-ci ildönümü ilə əlaqədar Azərbaycan Kültür Dərnəyinin təşkil etdiyi tədbirlərdə iştirakı barədə məlumat verib. Bu tədbirlərdə fəal iştirak edən Müsavat Partiyasının təmsilçiləri – Nüsabə Sadıxlı, Almaz Əliqızı, Nəsiman Yaqublu, Könül Şamilqızı və Rəis Rəsulzadəyə təşəkkür elan edilib.

Türkiyədə keçirilən parlament seçkiləri ölkədə demokratikləşmənin dərinləşməsinə müsbət töhfə kimi qiymətləndirilib.

Sonda cari məsələlərə baxılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR