İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat Partiyası aclıq aksiyası ilə bağlı məlumat yaydı - FOTOLAR

1036 16.05.2015 19:20 Gündəm A A

Musavat.com-a daxil olan məlumatda deyilir: 

Müsavat Partiyasının Mərkəzi Qərargahında may ayının 12-də “Siyasi məhbuslara azadlıq!” tələbi ilə başlanan aclıq aksiyasının bu gün 5-ci günüdür. 

Müsavat Partiyası aksiyaya qoşulmaqla bağlı daxil olan müraciətləri nəzərə alaraq 16 may 2015-ci il tarixdə bir günlük aclıq aksiyasına ümumrespublika dəstək günü elan edib. Ümumrespublika dəstək aksiyasına Müsavat Partiyasının başqanı Arif Hacılı, partiyanın rəhbər şəxsləri və Müsavat Partiyasının əksər rayon təşkilatlarının ayrı-ayrı üzvləri qoşularaq öz dəstəklərini nümayiş etdiriblər. 

Aclıq aksiyası davam edir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR