İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜSAVAT PARTİYASI “20 YANVAR”ın 20 İLLİYİNİ ŞƏHİDLƏR XİYABANINDA ANDI

1420 20.01.2010 16:01 Gündəm A A

Təxminən yarım saatdan sonra Şəhidlər Xiyabanına çatan siyasi liderlərdən Müsavat partiyasının başqanı İsa Qəmbər bu müqəddəs gün ilə əlaqədar Şəhidlə Xiyabanına gül çələngi qoydu. Sovet İmperiyasının zülmünə qarşı dözməyərək milli-azadlıq mübarizəsinə qalxan və bu yolda canından keçən insanlarımızın ruhuna dualar oxuyan Müsavat partiyasının başqanı İsa Qəmbər 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, yaxınlarına və bütün xalqımıza başsağlığı verərək qeyd etdi ki, Müsavat Partiyası haqq dünyasına qovuşmuş bu insanların müqəddəs ideallarına həmişə sadiq qalacaq. Xiyabanı ziyarət edən siyasi partiyaların liderləri əllərindəki tər qərənfilləri şəhid məzarlarının üzərinə düzdükdən sonra ziyarətlərini tamamladılar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR