Müsavat funksionerindən Rəsulzadənin büstünün dağıdılmasına sərt REAKSİYA
"Bu gün "Bakmil" metrostansiyasının yanında 20 il öncə Rəsulzadəy qoyulan büstün Bakı Metropoliteni rəhbərliyinin göstərişi əsasında dağıldılması ilə bağlı mediada yayılan xəbər bizdə ciddi hiddət doğurdu. Hazırda bu məsələ ilə bağlı araşdırma aparırıq"
Bunu Arqument.Az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib.
Onun sözlərinə görə, məsələ araşdırılacaq və Müsavat Partiyası Divanının bazar ertəsi keçiriləcək toplantısında ciddi müzakirə olunacaq: "Bu hakimiyyətin Rəsulzadəyə münasibəti bəllidir. Təəssüf doğuran məqam odur ki, hakimiyyət bir tərəfdən ötən il xalqa Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubilieyinin keçirilməsi ilə bağlı tədbirə hazırlaşdığını göstərməyə çalışırdı. Digər tərəfdən isə onun nəzarətində olan qurum 20 il öncə qoyulmuş büstü məhv edir. Bu vandalizm hərəkəti rejimin Rəsulzadəyə münasibətinin bariz nümunəsidir. Əgər bu fakt təsdiq olunacaqsa, Müsavat Partiyası bununla bağlı öz sərt mövqeyini yenə bildirəcək".
Qeyd edək ki, "Azadlıq" qəzeti Rəsulzadənin "Bakmil" metrosu ərazisində 20 il öncə qoyulmuş büstünün dağıldıldığını və tapşırığın Metropoliten rəisi Zaur Hüseynov tərəfindən verildiyini yazıb.






