İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat fəallarının həbsi ilə bağlı bəyanat yayılıb

711 07.10.2013 17:03 Son xəbər A A
Müsavat Partiyası son günlərdə hakimiyyətin təzyiqlərinə məruz qalmış partiya fəalları ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: "Seçki kampaniyası sona yaxınlaşdıqca hakimiyyətin siyasi fəallıara və jurnalistlərə təzyiqi də artır. Bu günlərdə Müsavat Partiyası Qəbələ rayon təşkilatının özək sədri İmran İsmayılova əsassız olaraq 7 sutka həbs cəzası verilib. Partiya fəalları Vasif Hüseynovun qaldığı yataqxanaya, Orxan Əyyubzadənin iş yerinə polislər gələrək, onlara mitinqdə iştirak etməmək, Cəmil Həsənlinin şəkillərini yaymamaq barədə tapşırıq verib və hədə - qorxu gəliblər. Anar Qurbanovun yaşadığı ünvana isə sahə müvəkkili gələrək, ona xəbərdarlıq edib.  Prezidentliyə namizədin Sabirabad görüşü zamanı jurnalistlər və fəallardan Nərgiz Yaqubluya, İlqar Şirəliyə, Mətin Nağıbəyliyə, Amid Süleymanova, Röya Rəfiyevaya, Sevinc Vaqifqızına, Cahangir Yusifə və başqalarına təzyiqlər edilib. Müsavat Partiyasının Sabirabad rayon təşkilatının sədri Azər İsmayılın siyasi fəaliyyətinə görə isə onun atasına təzyiqlər edilib.  
Müsavat Partiyası bütün bu faktları ölkədə normal seçki mühitinin və demokratik şəraitin olmamasının əlamətləri sayır və bildirir ki, seçkiləri total şəkildə saxtalaşdırmağa hazırlaşan hakimiyyət öz opponentlərini məhz bu cür zorakı üsullarla susdurmaq istəyir. Partiya buna qətiyyətlə etiraz edir və hakimiyyəti bir daha siyasi fəalların və jurnalistlərin təqib edilməsinə son qoymağa çağırır". 
  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR