İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat Divanının toplantısı keçirilib

820 17.02.2014 17:41 Son xəbər A A

Partiyanın mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, iclasda  qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb. Yığıncaqda Müsavat Partiyası İcra Aparatının rəhbərliyinin Kürdəmir, Göyçay, Ağdaş, Bərdə və Mingəçevir təşkilatlarının rəhbərliyi ilə Kürdəmir, Göyçay və Mingəçevir şəhərlərində keçirdikləri görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat verilib. 

Şəki Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun, REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və İsmayıllı hadisələrinə görə təqsirləndirilən digər şəxslərin, Bakı şəhərində Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin, Bakı Apellyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəmələrində iştirak haqqında məlumat verilib. Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun məhkəmə qərarından Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verildiyi qeyd edilib. Toplantıda siyasi məhbusların üzərində məhkəmə iclaslarının bundan sonra da diqqətdə saxlanılması tövsiyə edilib.  

Partiyanın Divanı Təbriz şəhərinin “Traktor” futbol komandasının İran kubokunu alması münasibəti ilə komandanın azarkeşləri və soydaşlarımızı təbrik edib. 

Yığıncaqda Bakı şəhərinin “Sovetski” adlanan ərazisinin sökülməsi planı ilə bağlı insanlar arasında yaranan narahatlıq müzakirə edilib. Hakimiyyətdən insanların mülkiyyət hüququnun qorunması, söküntü gerçəkləşəcəyi halda buradan köçürüləcək əhaliyə bazar qiymətləri səviyyəsində kompensasiya ödənilməsi tələb edilib. 

Sonda cari məsələlərə baxılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR